Avropa İttifaqı Azərbaycanın “Xankəndi” tankerini Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin layihəsinə daxil edib.
NOCOMMENT.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aİ bunu Rusiyanın “kölgə donanmasının” bir hissəsi hesab edir.
Paket hələ Aİ-yə üzv dövlətlər tərəfindən qəbul edilməyib, lakin hazırlıq mərhələsindədir.
Bundan əvvəl Azərbaycanın “Şuşa” və “Qarabağ” tankerləri Aİ-nin sanksiyalar paketinə daxil edilib.