EN

Suraxanı rayonunda qanunsuz tikinti - İcazəni kim verib?

Rabitə xəttinin üstündə inşa edilən obyektin tikintisi üçün aidiyyatı qurumların rəsmi icazəsi yoxdur...

Son aylar paytaxt rayonlarında qanunsuz tikinti işləri yenidən füsət alıb. Yerli icra hakimiyyətləri ilə “anlaşan” sahibkarlar Dövlət Şəhərsalma və Arxektura Komitəsinin tikinti üçün rəsmi icazəsini gözləmədən , işlərini davam etdirirlər.

AzFakt.com xəbər verir ki, belə tikintilərdən biri hazırda Suraxanı rayonu Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi, 114 nömrəli məktəbin arxasında aparılır. Bildirilir ki, Elxan Həsənov küçəsində aparılan tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi yoxdur. Çünki tikinti rabitə xəttinin üstündə aparılır bu isə qanunla qadağandır. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, tikintiyə icazəni Suraxanı rayon İcra hakimiyyəti verib. Yəni obyekt sahibi Suraxanı icra hakimiyyəti ilə anlaşaraq, qanunsuz tikintisini rahat şəkildə davam etdirir.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info

Chosen
6
poliqon.info

1Sources