EN

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə iddia edirlər.

Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?” - baş nazir qeyd edib.

Chosen
8
6
ulusum.az

7Sources