EN

ABŞ Pezeşkianın komandasına viza vermədi

ain.az, Bakupost portalına istinadən məlumat verir.

İran Prezidenti Məsud Pezeşkianın Nyu-Yorka səfəri ərəfəsində ABŞ hökuməti onun informasiya və media komandasının əksər üzvlərinə viza verməkdən imtina edib.

Bakupost.az “Fars News”a istinadən xəbər verir ki, prezidentin fotoqraf və videoqraflarından heç birinə səfərdə iştirak icazəsi verilməyib. Yalnız Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi və onun müavininə viza təqdim olunub.

Bundan bir neçə saat əvvəl isə Pezeşkianın oğluna da viza verilmədiyi bildirilib.

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
3
www.bakupost.az

4Sources