EN

"Formula 1" gələn il "Sea Breeze"də keçiriləcək? - RƏSMİ

Xəbər verdiyimiz kimi, “Formula 1” yarışlarının Azərbaycanda 2030-cu ilə qədər keçirilməsi qərara alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, gələn ildən etibarən Qran Prisin keçiriləcəyi məkanda da dəyişiklik olunacağı deyilir. Belə ki, gələn il yarışın “Sea Breeze” ərazisində keçiriləcəyi iddia olunur.


Məsələnin aktuallığını nəzərə alaraq Manset.az Bakı Şəhər Halqasına sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki,  "Formula 1" Qran Prisinin Azərbaycanda 2030-cu ilə qədər keçirilməsinə rəsmi şəkildə qərar verilib, lakin məkan dəyişikliyi ilə bağlı rəsmi məlumat yoxdur:

“"Formula 1" Qran Prisinin gələn il baş verəcək mərhələsində məkan dəyişiklikliyi mövzusu gündəmdə deyil. Bununla bağlı rəsmi məlumat yoxdur, yarış Bakı Şəhər Halqasında davam edəcək”.

 

Fidan Vəlisoy 


Chosen
6
manset.az

1Sources