EN

Şəki Dövlət Dram Teatrı Qazaxıstanda keçirilən beynəlxalq festivalda iştirak edir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində TÜRKSOY-un III Beynəlxalq Teatr Festivalına start verilib. Festivala Qazaxıstan, Azərbaycan, Türkiyə, Macarıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın teatr kollektivləri qatılıb. Ölkəmizi bu festivalda Şəki Dövlət Dram Teatrı təmsil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki teatrının ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Bildirilib ki, Şəki teatrı bu gün, sentyabrın 23-də tamaşaçılara Azərbaycanın Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin quruluşu isə Sahib Novruzova məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın) və digərləri ifa edirlər.

Beynəlxalq festival sentyabrın 26-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
3
azertag.az

5Sources