EN

Fariz Cəfərov: "Qlobal bacarıq çatışmazlığı səbəbindən 2030-cu ilə qədər 85 milyon iş yeri dolmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əslində, biz Sənaye İnqilabının dördüncü mərhələsində yaşayırıq və bu gün vəziyyət əvvəlkindən fərqlidir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
O qeyd edib ki, üç istiqamət əsas götürülüb:
"İnfrastrukturun qurulması, insan kapitalının inkişafı, yeni bizneslərin yaradılması və tənzimləyici qurumların dəstəklənməsi.
Dünya İqtisadi Forumunun məlumatına görə, Sənaye 4.0 texnologiyaları istehsalata, təxminən, altı trilyon ABŞ dolları əlavə edə bilər. Eyni zamanda, qlobal bacarıq çatışmazlığı səbəbindən 2030-cu ilə qədər 85 milyon iş yeri dolmayacaq ki, bu da təxminən 8.5 trilyon ABŞ dolları itki yaradacaq.
Bütün bu çağırışlar və imkanları nəzərə alaraq, Sənaye 4.0 yanaşmasının Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradacağına inanırıq. Buna görə də bu proqramı Azərbaycan istehsal şirkətlərini dəstəkləmək üçün başladıq. Çünki transformasiya üçün yeni bacarıqlar, institusional strukturlar və tətbiq üçün yeni texnologiyalar tələb olunur.
Biz Azərbaycandakı bir sıra şirkətləri ziyarət edirik - məsələn, alüminium istehsalında "Azerbolt" şirkətini, həmçinin qızıl istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətləri. Bu ziyarətlər vasitəsilə şirkətlərin hazırkı vəziyyətini və gələcəkdə nələr etməli olduqlarını qiymətləndiririk".
Direktor əlavə edib ki, əsas məqsəd proqram vasitəsilə şirkətlərin "ağıllı sənaye hazırlığı"nı diaqnostika etməkdir:
"Onların biznes proseslərinə, texnologiyaya və institusional infrastrukturuna hazırlıq səviyyəsi önəmlidir. Bundan sonra onlara rəqəmsal inkişaf və dəstək proqramı təqdim edirik, yol xəritəsi veririk. Yol xəritəsinə əsaslanaraq şirkətlər proqramı tətbiq edir və dəyişikliklər yaradırlar.
Növbəti mərhələdə Sənaye 4.0 Mərkəzini qurmağı planlaşdırırıq. Burada istehsal xətti olacaq və insanlar bir-birini öyrədə və öyrənə biləcəklər. Biz beynəlxalq bilik və təcrübəni gətiririk və bu məqsədlə "Honeywell", SMC, "Next Fest" və digər iri şirkətlərlə müqavilələr bağlamışıq. Bu mərkəz sənaye üçün "one-stop shop" rolunu oynayacaq - burada şirkətlər öyrənəcək, təcrübə paylaşacaq və bir-birinə dəstək olacaqlar".
Məhərrəm Əliyev
Chosen
17
1
oxu.az

2Sources