Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 309 ədəd minik avtomobili, 220 ədəd yük avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 12.1% (318 ədəd), yük avtomobili istehsalı isə 43.6% azalıb.
Cari ilin sentyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 16 ədəd minik, 61 ədəd isə yük avtomobili təşkil edib.
Qeyd edək ki, yanvar-avqust aylarında idxal edilən avtomobillərin sayı 68 295 ədəd, dəyəri isə 1 milyard 242 milyon 958 min dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!