EN

İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oğlu Kamil Kərimoğlu illərdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən danışıb.

Axşam.az-a açıqlama verən Kamil atasının həkim nəzarətində olduğunu bildirib. O qeyd edib ki, atasının səhhətində heç bir irəliləyiş yoxdur:

"Atamın səhhəti necə var elə də qalır. Heç bir irəliləyiş yoxdur. Həkimlər nəzarətdə saxlayır. Nəzarət edilir ki, geriləmə olmasın. Heç kimlə danışmır, insanları tanımır. Çox nadir halda nəsə deyər. Biz də onun sağalmasını istəyirik. Amma nə edəkn".

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
4
axsam.az

5Sources