EN

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

“Wingz” ilə əməkdaşlıq çərçivəsində skuterdə gediş haqqını mobil balans vasitəsilə ödəmək mümkün oldu
Azərbaycanda mobil rabitə sahəsində innovativ həllər təqdim edən Azercell, mikromobillik üzrə ixtisaslaşmış “Wingz” MMC ilə əməkdaşlıqda şəhərdaxili hərəkətliliyə müasir və ekoloji yanaşma gətirir. Bu tərəfdaşlıq nəticəsində abunəçilər skuter istifadəsinə görə ödənişi əlavə vasitələrə ehtiyac olmadan birbaşa mobil balansları ilə həyata keçirə biləcəklər.
Xidmətin istifadəsi olduqca rahatdır: abunəçi skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “START ID” (START XXXXXXX) formatında 4545 qısa nömrəsinə SMS vasitəsilə göndərərək cihazı aktivləşdirir və müvafiq ödəniş balansdan çıxılır. Gediş vaxtından əvvəl dayandırıldıqda istifadə olunmamış dəqiqələr üçün vəsait balansa geri qaytarılır. İstifadəni sonlandırmaq üçün isə skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “STOP ID” (STOP XXXXXXX) formatında 4545-ə göndərmək kifayətdir. Əgər gediş vaxtında dayandırılmasa, hər növbəti 15 dəqiqə üçün ödəniş avtomatik hesablanır.
Xidmət istifadəyə verildiyi tarixdən etibarən iki həftə ərzində həyata keçirilən ilk aktivasiyada gedişin ilk 15 dəqiqəsi Azercell tərəfindən abunəçilərə hədiyyə olunacaq.

Bu əməkdaşlıq şəhərdaxili hərəkəti asanlaşdırmaqla yanaşı, həm də “ağıllı şəhər” konsepsiyasının inkişafına və dayanıqlı həyat tərzinin təşviqinə töhfə verir.

Azercell müasir texnologiyaları gündəlik həyata gətirərək abunəçilərinə rahat, çevik və innovativ həllər təqdim etməyə davam edir.

Poliqon.info

Chosen
12
17
poliqon.info

10Sources