EN

Özbəkistan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

BAKI, 23 sentyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə böyük hörməti var”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor Mirziyoyev ilə Nyu-Yorkda görüşdən sonra özbəkistanlı jurnalistlərə deyib.

“Prezident Tramp bu ayın əvvəlində sizin prezidentlə danışıb. O, məndən ən səmimi salamlarını çatdırmağı xahiş etdi. O, prezidentinizə böyük hörmət bəsləyir. Bu gün gördüyümüz kimi, prezidentinizin səyləri real nəticələr verir. ABŞ-nin ən böyük şirkətləri Özbəkistanla heyrətamiz müqavilələr imzalayıblar. Bu, sizin və bizim prezidentlərimizin əməkdaşlığa hazır olmasına sübutdur. Buna görə də bunların üzərində işləməyi səbirsizliklə gözləyirik.

Münasibətləri, əməkdaşlığı, ticarət və təhlükəsizlik məsələlərinin gücləndirilməsini müzakirə etdik”, - Qor qeyd edib.

Chosen
47
teleqraf.com

1Sources