EN

ABŞ Məsud Pezeşkianın oğluna viza vermədi

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” “Teleqram” kanalı məlumat yayıb.

Bildirilib ki, Yusif Pezeşkian Prezidentin nümayəndə heyətinin üzvü kimi Nyu-Yorka səfər etməli idi. Ancaq Amerika bu il BMT tədbiri üçün iranlı rəsmilərə və onların ailə üzvlərinə viza verilməsinə daha sərt yanaşma göstərib. 

Qeyd olunub ki, əvvəlki illərdə də ABŞ administrasiyası İran diplomatlarının Nyu-Yorkdakı fəaliyyətinə, o cümlədən alış-veriş və hərəkət azadlığına ciddi məhdudiyyətlər qoyub. Eyni zamanda, ABŞ Konqresində İran rəsmilərinə vizaların verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də gündəmdədir. 

Daşqın HəsənovMissiya.Az

Chosen
5
7
missiya.az

9Sources