EN

Ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağıb, duman müşahidə olunub

Sentyabrın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İki sahil"ə verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxıda 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 millimetrədək qeydə alınıb.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Chosen
25
33
ikisahil.az

10Sources