EN

ABŞ Məsud Pezeşkianın oğluna viza vermədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, Yusif Pezeşkian prezidentin nümayəndə heyətinin üzvü kimi Nyu-Yorka səfər etməli idi. Ancaq ABŞ bu il BMT tədbiri üçün iranlı rəsmilərə və onların ailə üzvlərinə viza verilməsinə daha sərt yanaşma göstərib.
Bildirilir ki, əvvəlki illərdə də ABŞ administrasiyası İran diplomatlarının Nyu-Yorkdakı fəaliyyətinə, o cümlədən alış-veriş və hərəkət azadlığına ciddi məhdudiyyətlər qoyub.
Eyni zamanda, ABŞ Konqresində İran rəsmilərinə vizaların verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də gündəmdədir.
Chosen
5
7
oxu.az

9Sources