EN

Uşaq Avroviziya ikinci seçmə mərhələsinin münsiflər heyəti BƏLLİ OLDU

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Cari ildə Azərbaycan Respublikası tərəfindən uşaq “Avroviziya” müsabiqəsinə hazırlıq prosesinə nisbətən erkən başlanılıb".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Uşaq Avroviziya müsabiqəsində təmsilçisinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin media rəhbəri Turab Teymurov deyib. 

Onun sözlərinə görə,  ilkin mərhələdə 60-a yaxın iştirakçı arasından ən yüksək göstəricilərə malik namizədlərin seçilməsi həyata keçirilib və nəticə etibarilə 15 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb:  "Seçmə mərhələsinin ikinci mərhələsi peşəkar münsiflər heyətinin iştirakı ilə aparılacaqdır. Münsiflər heyətinə bəstəkar və musiqişünas Siyavuş Kərimli, aranjimançı Yaşar Bağır və müğənni Samirə Əfəndiyeva daxil edilib".

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
1
news24.az

2Sources