EN

ABŞ-nin xüsusi nümayəndəs: Yaxın Şərqdə sülh bir illüziyadır...

Barrak Fələstin dövlətinin tanınması addımlarını “faydasız”, bölgədəki sülhü isə “xəyal” adlandırıb...

Poliqon The National nəşrinə istinadən xəbər verir ki, ABŞ-nin xüsusi nümayəndəsi Barrak dünya liderlərinin, o cümlədən Böyük Britaniyanın Baş naziri Starmer və Fransa Prezidenti Makronun Fələstin dövlətinin tanınması istiqamətində atdıqları addımları “faydasız” hesab etdiyini bildirib. O, bu təşəbbüslərin münaqişənin həllinə heç bir töhfə vermədiyini vurğulayıb.

BMT-nin, yaxud hər hansı başqa qurumun nə isə etdiyini görmək xoşdur. Bu, bir nailiyyətdir, lakin hesab edirəm ki, faydasızdır. Bu, kömək etmir”, deyə diplomat qeyd edib.

Barrak Yaxın Şərqdə davamlı sülhün əldə olunmasının qeyri-mümkünlüyü barədə bədbin mövqeyini ifadə edib.

“Biz sülhdən danışanda, bu, bir illüziyadır. Yaxın Şərqdə heç vaxt sülh olmayıb. Çox güman ki, heç vaxt da olmayacaq, çünki hər kəs legitimlik uğrunda mübarizə aparır”, deyə diplomat vurğulayıb.

Qəzza zolağındakı vəziyyətə toxunan xüsusi nümayəndə baş verənlərdən dərin təəssüf hissi keçirdiyini dilə gətirib.

“Məncə, indiyədək 27 dəfə atəşkəs razılaşması olub. Onların heç biri işləmir. Şəxsən mən Qəzzada baş verənlərə bütün tərəflər – fələstinlilər, israillilər, iordaniyalılar, livanlılar, suriyalılar, türklər tərəfindən nifrət edirəm. Bilirsiniz... bu, sadəcə bir kabusdur”, deyə Barak əlavə edib.

Poliqon.info

Chosen
6
poliqon.info

1Sources