1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yaxın zamanda MATE Universitetinin Azərbaycanda filialı fəaliyyətə başlayacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, qlobal investorların və tərəfdaşların maraq göstərdiyi digər sahə isə Azərbaycanda mövcud insan kapitalıdır: "Biz təhsilə böyük investisiyalar qoyuruq. Məsələn, İtaliyadakı universitetlə strateji tərəfdaşlıq əsasında yeni ali təhsil müəssisəsi açılıb və yaxın zamanda Macarıstanın MATE Universitetinin Azərbaycanda filialı fəaliyyətə başlayacaq".
"Strateji tərəfdaşlıqlar inkişafda əsas rol oynayır və biz inanırıq ki, məhz bu tərəfdaşlıqlar vasitəsilə Azərbaycan investisiyalara cəlb olunacaq", - deyə nazir vurğulayıb.
Məhərrəm Əliyev