EN

Bu bankda da limitlər dəyişildi – Komissiya tutulacaq

Daha bir bankda tariflərlə bağlı dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, Yelo Bank terminalları və onlayn sayt istisna olmaqla 23 oktyabr 2025-ci il tarixindən etibarən fiziki və virtual kənar terminallardan kart hesablarına mədaxil üzrə tariflərdə dəyişiklik ediləcək.

Yeni tariflər aşağıdakı kimidir:

Yeni qaydalara əsasən, bir müştərinin aylıq mədaxili 2 000 AZN və ya ekvivalentinə qədər olduqda, gündəlik mədaxillərin 500 AZN-dək olan hissəsinə komissiya tətbiq olunmayacaq. Gündəlik 500 AZN-dən artıq mədaxillər üçün isə 1% komissiya ödəniləcək. Əgər bir müştərinin aylıq mədaxili 2 000 AZN-dən çox olarsa, bütün mədaxillər üzrə 1% komissiya hesablanacaq.

Qeyd edək ki, dəyişiklik yalnız gündəlik mədaxillərə aiddir. Aylıq limitlər dəyişməz qalır.

Chosen
7
2
konkret.az

3Sources