EN

Qətərlə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib

“Azərbaycanın artan iqtisadi potensialı bir sıra ölkələr, o cümlədən Körfəz dövlətləri ilə iqtisadi əməkdaşlıq, investisiya və strateji tərəfdaşlıq sahəsində birgə layihələrin reallaşmasını mümkün edir. Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Qətər İnvestisiya Təşkilatının inkişaf etməkdə olan bazarlar üzrə direktoru Nasser Al-Attiyah ilə görüşdük. Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
15
3
vergiler.az

4Sources