EN

Zelenski Trampdan bunu istəyəcək

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında ABŞ Prezidenti Donald Trampdan sələfi Co Baydenin Ukrayna siyasətinə riayət etməyi xahiş edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Bloxin deyib..

“Söhbət, həmişə olduğu kimi, ABŞ-ın dəstəyi ətrafında gedəcək. Onlar silah istəyəcəklər. Zelenski Vaşinqtonu Co Baydenin Ukrayna siyasətinə qayıtmağa inandırmağa çalışacaq. Amma Tramp düşünür ki, Avropa ölkələri Kiyev üçün silah pulu ödəməlidir”, – o vurğulayıb.

Qeyd edək ki, Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
globalinfo.az

1Sources