Qəhrəmanımız, Aprel döyüşlərinin iştirakçısı Amin Novruzov 2020-ci il sentyabr ayından başlanan Vətən müharibəsində Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə vuruşub.
"Cebheinfo.az" xəbər verir ki, o, noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.