AZ

YAŞAT Fondu Vətən Müharibəsi Qəhrəmanının ailəsinə dəstək göstərir

ain.az, 525.az portalına istinadən məlumat verir.

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir. Bu çərçivədə fond tərəfindən Vətən müharibəsi şəhidi, kiçik gizir Amin Novruzovun ailəsinə mütəmadi dəstək göstərilir.

525.az-a bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, qəhrəmanımız, Aprel döyüşlərinin iştirakçısı A. Novruzov 2020-ci il sentyabr ayında başlanan Vətən müharibəsində Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.

Noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.

Göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə A. Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
525.az

10Mənbələr