EN

Azərbaycanlı alimlərin adları “Top 2% Scientists” siyahısına daxil edilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun üç gənc alimi – fizika üzrə fəlsəfə doktoru Günel İmanova, fizika elmləri doktoru Elçin Hüseynov və fizika elmləri doktoru Mətləb Mirzəyev 2025-ci ildəki elmi işləri və onlara edilən istinadların keyfiyyət və kəmiyyət göstəricilərinə görə Stanford Universiteti və “Elsevier” nəşriyyatının birgə hazırladığı “Top 2% Scientists” siyahısına daxil edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, alimlərin tədqiqatları materiallara müxtəlif növ şüalanmanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərə, o cümlədən nanozərrəciklərin radiasiya-implantasiyası və heterogen sistemlərə radiasiyanın təsiri ilə hidrogenin yaranma kinetikasının öyrənilməsinə həsr olunub. Bu sahədə əldə edilən nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, E.Hüseynov və M.Mirzəyev son illər dəfələrlə bu siyahıya daxil ediliblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
2
azertag.az

3Sources