EN

Pezeşkian Şahin Mustafayevi qəbul edib - YENİLƏNİB

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən Sherg.az-a verilən xəbərə görə, Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.


Eyni zamanda, İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. Baş nazirin müavini Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.

***

22 sentyabr

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.

Şahin Mustafayev, eyni zamanda, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də görüşüb.
Chosen
7
32
sherg.az

10Sources