EN

Araz çayı üzərində körpünün İran hissəsinin tikintisi tezliklə başa çatdırılacaq – İranlı rəsmi

İran və Azərbaycan arasında Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün İran tərəfindəki hissəsinin tikintisi tezliklə başa çatdırılacaq.

Day.Az xəbər verir ki, bunu İranın Nəqliyyat İnfrasturkturları Tikintisi və İnkişafı Şirkətinin icra direktorunun müavini Əlirza Siyahpur yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, proqrama əsasən Azərbaycan tərəfinin seçdiyi podratçı şirkət körpünün tikintisini ilin sonunadək başa çatdırmalıdır. Bu körpünün Azərbaycan tərəfində tikintisi başa çatdırılıb.

Qeyd edək ki, İran və Azərbaycan arasında Araz çayı üzərində uzunluğu 374 və eni isə 27,6 metr təşkil edəcək avtomobil körpüsünün inşa edilir. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamət üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

Chosen
9
2
day.az

3Sources