Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares karyerasını başqa klubda davam etdirə bilər.
İdman.biz “Fichajes”ə istinadən xəbər verir ki, 25 yaşlı argentinalı forvard “Liverpul” və “Barselona”nın maraq dairəsindədir.
Bildirilir ki, Alvaresin mövsümün sonunda Madrid klubunu tərk etmək ehtimalı nəzərdən keçirilir.
Qeyd edək ki, hücumçu 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. O, indiyədək klubun heyətində 62 oyuna 30 qol vurub və 9 məhsuldar ötürmə edib.
İdman.biz