EN

Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı – FOTO

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu “On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.

KONKRET.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, “On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib.

Chosen
20
11
konkret.az

10Sources