Bakı, TurkicWorld
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları, yaxud 0,10 % azalaraq 69,46 ABŞ dolları təşkil edib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,10 % azalaraq 67,92 ABŞ dolları təşkil edib.
URALS markalı xam neftin bir barelinin qiyməti əvvəlki qiymətlə müqayisədə 0,28 dollar və ya 0,5% azalaraq 55,62 dollar təşkil edib.
Şimal dənizində hasil edilən Dated Brent markalı neftin 1 barelinin qiyməti 0,20 dollar və ya 0,30% ucuzlaşaraq 66,75 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları müəyyən edilib.