EN

Baydeni cinsi təcavüzdə ittiham etmişdi: Putin Rusiya vətəndaşlığı verdi

ABŞ-ın keçmiş prezidenti Co Baydenin köməkçisi Tara Rid Rusiya vətəndaşlığını qəbul edib və bu barədə danışıb.

Publika.az xəbər verir ki, oun sözlərini RT sitat gətirib.

Rid etiraf edib ki, Rusiyaya köçmək məcburi bir qərar olub. Lakin zaman keçdikcə ölkəni o qədər sevib ki, qalmaq qərarına gəlib. Nəticədə, Rusiya vətəndaşlığı üçün müraciət edib.

Gəldikdən sonra Rid vətəndaşlıq verilməzdən əvvəl siyasi sığınacaq üçün müraciət edib. O, Amerika hakimiyyəti və Bayden administrasiyası tərəfindən ona və ailəsinə təhlükə yarandığı vaxtları xatırlayıb.

“Konqresmen Mett Qets o vaxt mənə dedi ki, Rusiyada qalmaq mənim üçün daha təhlükəsiz olacaq. Sonra Mariya Butina və Marqarita Simonyan mənə kömək etdilər və belə desək, sığınacaq yolunu göstərdilər. Rusiya vətəndaşı olmaq mənim üçün böyük şərəfdir”,- Rid deyib.

Chosen
24
1
publika.az

2Sources