AZ

Baydeni cinsi təcavüzdə ittiham etmişdi: Putin Rusiya vətəndaşlığı verdi - Görün nə dedi

ABŞ-ın keçmiş prezidenti Co Baydenin köməkçisi Tara Rid Rusiya vətəndaşlığını qəbul edib və bu barədə danışıb.

Hurriyyet.az xəbər verir ki, oun sözlərini RT sitat gətirib.

Rid etiraf edib ki, Rusiyaya köçmək məcburi bir qərar olub. Lakin zaman keçdikcə ölkəni o qədər sevib ki, qalmaq qərarına gəlib. Nəticədə, Rusiya vətəndaşlığı üçün müraciət edib.

Gəldikdən sonra Rid vətəndaşlıq verilməzdən əvvəl siyasi sığınacaq üçün müraciət edib. O, Amerika hakimiyyəti və Bayden administrasiyası tərəfindən ona və ailəsinə təhlükə yarandığı vaxtları xatırlayıb.

“Konqresmen Mett Qets o vaxt mənə dedi ki, Rusiyada qalmaq mənim üçün daha təhlükəsiz olacaq. Sonra Mariya Butina və Marqarita Simonyan mənə kömək etdilər və belə desək, sığınacaq yolunu göstərdilər. Rusiya vətəndaşı olmaq mənim üçün böyük şərəfdir”,- Rid deyib.

Sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Ridə vətəndaşlıq verilməsi haqqında fərman verib. Vətəndaşlıq verilməsi haqqında qərar Rusiya Konstitusiyasının 89-cu maddəsinin “a” bəndinə uyğun olaraq qəbul edilib. Bu müddəa prezidentə vətəndaşlıq və siyasi sığınacaq məsələlərini həll etməyə imkan verir.

Tara Rid 1990-cı illərdə Bayden üçün işləyib. 2020-ci ildə o, siyasətçini cinsi qısnamada ittiham edib. Bundan sonra ABŞ-da təzyiqlərə məruz qalıb və Rusiyaya qaçıb.

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr