EN

Bolqarıstanda hərbi nəqliyyat aviasiyası təlimlərinə start verildi - ÖZƏL

Bolqarıstanda beynəlxalq hərbi nəqliyyat aviasiyası təlimləri European Spartan Exercise 2025 başlayıb. Olaylar.az xəbər verir ki,  Bolqarıstan Teleqraf Agentliyinin məlumatına görə, Bolqarıstan, İtaliya, İspaniya, Yunanıstan və Litvanın Hərbi Hava Qüvvələrinin ekipajlarının uçuşları 3 oktyabra qədər "Bezmer" aviabazası ərazisində davam edəcək. Təlimlər çərçivəsində taktiki enişlər, alçaq hündürlükdə uçuşlar, taktiki tapşırıqlar, qoşunların desant edilməsi və tibbi təxliyə əməliyyatları həyata keçiriləcək. "Spartan" hərbi-nəqliyyat təyyarələri ilə yanaşı, çoxməqsədli Casa C-295 təyyarələri də təlimlərdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources