EN

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü start götürüb

Bakı. Trend:

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (1stAzerbaijan International Investment Forum – “AIIF 2025”) ikincigünü öz işinə başlayıb.

Trend xəbər verirki, AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA)strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in mediavə təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznesliderləri və beynəlxalq investorları bir araya gətirir.

Forumun ilk günündə olduğu kimi bu gün də kifayət qədər canlılıqmüşahidə olunur. Bu gün müzakirə olunacaq strateji investisiya,maliyyələşmə, təhsil, səhiyyə sahələrində çağırışlar, Azərbaycanınazad edilmiş ərazilərinin yenidən qurulmasında görülmüş tədbirlərvə s. tədbirə diqqəti daha çox artırıb. Belə ki, tədbirin ikincigünü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıqvə rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaqsənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid vədigər mövzulara həsr olunan panel sessiyaları baş tutacaq. Tədbirçərçivəsində həmçinin müxtəlif mövzularda tematik müzakirələr,ölkəmizin investisiya imkanları və potensialına dair sərgi təşkiledilib.

Bundan başqa, eyni zamanda forum çərçivəsində bir sıra sazişlərinimzalanması mərasimi də baş tutacaq.

Ümumilikdə, forumun keçirilməsində məqsəd Şərq və Qərbin, Şimalvə Cənubun strateji qovşağında yerləşən Azərbaycanın regionölkələri ilə konkret layihələr üzrə tərəfdaşlıqlarıngenişləndirilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyətmexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda Azərbaycanınşəffaf və dayanıqlı iqtisadiyyatı, əlverişli işgüzar mühiti,strateji inkişaf prioritetləri, geniş investisiya imkanları vəmühüm nəqliyyat-logistika üstünlükləri barədə məlumatlılığı daha daartırmaq və beynəlxalq marağı təşviq etməkdir.

Tədbirdə müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanınaparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyəinstitutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznesnümayəndələri və qlobal investorlar, yerli və xarici mediatəmsilçisi daxil olmaqla ümumilikdə 1000-dən çox iştirakçı yeralıb.

Xəbər yenilənəcək

Chosen
16
4
az.trend.az

5Sources