EN

Gəncin ölümünə səbəb olan sürücü məhkəmə zalından həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ruslan Rəsulovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 6 oktyabr 2024-cü il tarixdə, saat 00:33 radələrində Lənkəran rayonunun Şağlaser kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Ruslan Rəsulov idarə etdiyi “VAZ-21074 minik” markalı avtomobillə hərəkətlə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəklərinə, qaz xəttinə və həyətyanı hasara çırpılıb. Qəza zamanı avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən ölüb.
 

Ruslan Rəsulov və maşında olan digər şəxslər - 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.


Hadisədən sonra Ruslan Rəsulov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb. (Pravda.az)

Bizim.Media

Chosen
4
2
bizim.media

3Sources