EN

“Qızıl top”u qazanan 6-cı fransız

PSJ-nin və Fransa yığmasının vingeri Usman Dembele öz ölkəsindən dünya futbolunun ilk fərdi mükafatını qazanan altıncı oyunçu olub.

Msport.az xəbər verir ki, o, səsvermədə “Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamalı geridə qoyub.

Dembeledən əvvəl “Qızıl top”u 5 fransız futbolçu qazanıb: Raymon Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991), Zinəddin Zidan (1998) və Kərim Benzema (2022).

Bu göstəriciylə Fransa ən çox “Qızıl top” qazanan ölkədir. İtaliya və Almaniya hərəyə beş mükafat olmaqla ikinci və üçüncü yerdədirlər.

Chosen
9
2
msport.az

3Sources