EN

Azərbaycan Rusiyaya qarpız satışını - 2,6 dəfə ARTIRIB

Azərbaycandan bu ilin yanvar-iyul aylarında Rusiyaya 13 min 771 ton qarpız ixrac edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyaya ixrac edilmiş qarpızın dəyəri isə təxminən 6,4 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 8 min 492 ton (2,6 dəfə), dəyərində isə 3,6 milyon dollar (2,3 dəfə) artım baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan Rusiyaya 2,8 milyon dollar dəyərində 5 min 279 ton qarpız ixrac etmişdi.

Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə Rusiyaya ixrac edilmiş qarpızın orta hesabla 1 tonunun dəyəri 791 manat (1 kq- 79 qəp.) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 110 manat (12,2%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 901 manata (1 kq -90 qəp). bərabər olub.

 

Chosen
32
fed.az

1Sources