EN

Fransa da Fələstini rəsmən tanıdı - Makron BMT tribunasında açıqladı...


Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Fələstinlə bağlı konfransında çıxışı zamanı Fələstin dövlətinin rəsmən tanıdıqlarını açıqlayıb. Bununla da Fələstini tanıyan BMT-yə üzv ölkələrin sayı 152-yə çatıb.

“Qəzzada müharibəni bitirməyin vaxtı gəldi” deyən Makron HƏMAS-ı əlindəki əsirləri "dərhal və qeyd-şərtsiz" azad etməyə çağırıb: "Qəzzada müharibənin davam etdirilməsinə artıq heç nə haqq qazandıra bilməz. Əksinə, hər şey müharibənin indi, hətta daha tez bitməsini tələb edir".

“Yaxın Şərqlə bağlı tarixi öhdəliyinə sadiq qalaraq, Fransanın Fələstin dövlətini tanıdığını bəyan edirəm”, - deyən Makron, bu tanınmanın “Fələstin xalqının qanuni hüquqlarını və İsrailin hüquqlarını pozmayacağını” və eyni zamanda İsrailin təhlükəsizliyinə xidmət edəcəyini bildirib.

TAHİR

Chosen
12
baki-xeber.com

1Sources