EN

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Chosen
27
13
herbiand.az

10Sources