EN

Pələng balası fermerə və oğluna hücum edib

Hindistanda pələng balası fermeri və oğlunu yaralayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb. Bildirilir ki, Hindistanın Bhojba kəndində pələng balası ilə qarşılaşan ata və oğul xəstəxanaya yerləşdirilib.

Pələng fermerlə oğluna tarlada məhsul yığarkən hücum edib. Onların fəryadını yaxınlıqdakı tarlalarda işləyən digər kəndlilər də eşidib.
Onlar ailənin köməyinə qaçıblar və pələng qaçıb. Başlarından, üzlərindən və qollarından yaralanan fermer və oğlu xəstəxanaya aparılıb.
Məlum olub ki, bu yaxınlarda ərazidə iki balası olan pələng görünüb. Meşə gözətçisinin sözlərinə görə, ata və oğulun xəsarətləri onların böyük şirlə deyil, balası ilə qarşılaşdıqlarını göstərir.

Chosen
36
ucnoqta.az

1Sources