EN

Amerikalı model Sinner və Alkarasla eyni vaxtda görüşdüyü barədə şayiələrə cavab verib

28 yaşlı amerikalı model Bruks Nader "US Open 2025" zamanı eyni vaxtda həm Yannik Sinner, həm də Karlos Alkarasla görüşdüyü haqda xəbərlərə reaksiya verib.

İdman.biz bildirir ki, jurnalistin "Söhbətlər gəzir ki, siz onlarla görüşə getmisiz…” ifadəsinin qarşılığında Nader deyib:

"Doğrudur. Demək istəyirəm ki, bir xanım heç vaxt öpüşmür və bu barədə danışmır, xüsusən də iki dəfə. Bu sadəcə çirkin görünür".

“People”ın yazdığına görə, Nader ona verilən "Bu oğlanlar hər ikisi ilə eyni vaxtda görüşdüyünüzü bilirlərmi?" sualını belə cavablandırıb:

"Günümüzdə görüşmək çox qeyri-müəyyən bir termindir. Mən heç bilmirəm. Yeri gəlmişkən, mənim xoşuma gələn yeganə şey oğlanların bunu hər zaman etməsidir. Bəs niyə mən bunu edə bilmərəm? Onlar bunu hər zaman edirlər".

Xatırladaq ki, Yannik Sinnerlə Karlos Alkaras "US OPen 2025"in finalında qarşılaşıblar. Oyun Alkarasın xeyrinə qurtarıb.

İdman.biz

Chosen
28
1
idman.biz

2Sources