EN

Tramp Özbəkistanı “Boeing”lə müqaviləyə görə təbrik edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Özbəkistanı “Boeing” şirkəti ilətəxminən 8 milyard dollarlıq müqavilə imzalaması münasibətilətəbrik edib.

Trend xəbər verirki, bu barədə Tramp "Truth Social" şəbəkəsində paylaşım edib.

“Bu gün mən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “Boeing”şirkəti ilə böyük müqavilə imzalaması münasibətilə təbrik etməkistəyirəm! Uzbekistan Airways 8 milyard dollardan çox qiymətə 22ədəd Boeing Dreamliner 787 təyyarəsi alır”, – deyə Tramp yazıb.

O əlavə edib: “Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq.Prezident Mirziyoyev sözünün adamıdır və biz bir çox başqaməsələlərdə birgə işləməyə davam edəcəyik”.

Chosen
26
az.trend.az

1Sources