EN

İndoneziya lideri: Təl-Əviv Fələstinin dövlətçiliyini tanıdıqdan sonra İsraili tanıyacağıq

BAKI, 23 sentyabr. TELEQRAF

İndoneziya, rəsmi Təl-Əviv Fələstinin dövlətçiliyini tanıdıqdan dərhal sonra İsrail dövlətini tanıyacaq.

Teleqraf xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Prabovo Subianto Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı bildirib.

“İndoneziya bəyan edir ki, İsrail Fələstinin müstəqilliyini və dövlətçiliyini tanıyan kimi, İndoneziya dərhal İsrail dövlətini tanıyacaq”, - o deyib. Subianto həmçinin ölkəsinin İsrail üçün bütün təhlükəsizlik zəmanətlərini dəstəkləyəcəyini əlavə edib.

Dövlət başçısı Fələstinin tanınmasının "tarixin düzgün tərəfinə atılan düzgün addım" olduğuna əminliyini ifadə edib.

Chosen
29
teleqraf.com

1Sources