EN

Usman Dembele üç böyük mükafatı əldə etmiş onuncu futbolçudur

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Pari Sen-Jermen"in hücumçusu Usman Dembele "Qızıl top", Dünya kuboku və UEFA Çempionlar Liqasını qazanan 10-cu oyunçu olub.

Fransız futbolçu səsvermədə "Barselona"nın futbolçusu Lamin Yamala qalib gələrək futbol üzrə ən yüksək fərdi mükafatın sahibi olub.

Əvvəlki "Qızıl top", Dünya kuboku və Çempionlar Liqasının qalibləri arasında almaniyalı Frans Bekkenbauer və Herd Müller, italiyalı Paolo Rossi, ingilis Bobbi Çarlton, fransalı Zinəddin Zidan, braziliyalı Rivaldo, Kaka, Ronaldinyo və argentinalı Lionel Messi var.

Usman Dembele 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Fransa ilə Dünya kubokunun qalibi olub. 28 yaşlı futbolçu 2024/25 mövsümündə də PSJ ilə Çempionlar Liqasında zəfər yaşayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
icma.az

2Sources