EN

Qızıl top un sahibi mükafatı alarkən göz yaşlarını saxlaya bilməyib FOTO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Pari Sen-Jermen"in hücumçusu Usman Dembele "Qızıl top"u aldıqdan sonra göz yaşlarına hakim ola bilməyib.

“Frans Futbol” jurnalının təşkilatçılığı ilə keçirilən mərasim Parisdəki “Şatl” teatrında baş tutub.

Futbolçu anasına müraciət edərkən ağlayıb.

"Anama təşəkkür etmək istəyirəm. Sən həmişə mənim yanımda idin, ana", - Dembele deyib.

Mərasimdə dünya futbolunun ən yüksək fərdi mükafatının sahibinin anası Fatimata Dembele də iştirak edib.

Usman Dembele səsvermədə "Barselona" və İspaniya millisinin vingeri Lamin Yamalı geridə qoyub. Fransalı hücumçunun komanda yoldaşı Vitinya üçüncü yeri tutub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
icma.az

2Sources