Nyu-York, 23 sentyabr, AZƏRTAC
Fransa Fələstinin müstəqilliyini tanıyıb.
AZƏRTAC-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının kürsüsündən Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.
“Artıq sülh vaxtıdır. Biz iki dövlətli həll variantının saxlanması, İsrail və Fələstinin yan-yana sülh və təhlükəsizlik şəraitində yaşamasının mümkün olması üçün əlimizdən gələni etməliyik”,- deyə Fransa Prezidenti bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York