EN

Azərbaycana payız gəlib

Payız Azərbaycana daxil oldu...

Azərbaycana payız gəlib.

Poliqon xəbər verir ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olub.

Bununla da yay fəsli baş çatıb və ölkə ərazisinə payız fəsli daxil olub.

Payızın uzunluğu nə qədər olacaq?

Bildirilib ki, payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Qeyd edək ki, Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Bununla da Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayıb.

Poliqon.info

Chosen
15
49
poliqon.info

10Sources