EN

Putinin bugünkü çıxışında diqqət çəkən detal: Elə bir mesaj verdi ki...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinin START müqaviləsi ilə bağlı bəyanatı Qərbə açıq xəbərdarlıq xarakteri daşıyır.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Viktor Litovkin aif.ru-ya açıqlamasında bildirib. O, qeyd edib ki, Putinin açıqlamasında bəzi detallar diqət çəkib.

“Prezidentin bəyanatları Qərbə xəbərdarlıqdır ki, Rusiyanın nüvə raket potensialı tam döyüş hazırlığındadır və Qərbin istənilən təcavüzü fəlakətli ola bilər”, – deyə Litovkin vurğulayıb.

Sentyabrın 22-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda Putin bəyan edib ki, Moskva yeni START müqaviləsi çərçivəsində mövcud status-kvonu saxlamaqda maraqlıdır. Müddəti bitdikdən sonra da bir il ərzində müqavilə məhdudiyyətlərinə riayət etməyə hazırdır.

Qeyd olunub ki, istənilən real təhdidə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab veriləcək. Dövlət Duması bu bəyanatı ABŞ-a açıq siqnal kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl də Rusiya parlamenti raketdən müdafiə sahəsində mövcud razılaşmaların qorunmasına hazır olduqlarını açıqlamışdı.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
globalinfo.az

2Sources