EN

Laza şəlaləsindən sel gəldi, körpü uçdu

Qusar rayonunun Laza kəndinə sel gəlib.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, kənddəki eyniadlı şəlalə istiqamətindən Qusarçayın başlanğıc nöqtəsi və kəndə doğru güclü sel gəlib.

Nəticədə kənd ərazisindəki körpü uçub, yolları lil-palçıq qatı örtüb.

Hadisə nəticəsində təsərrüfatlara, iş yerlərinə və bir neçə nəqliyyat vasitəsinə zərər dəyib.

Chosen
33
8
azreform.info

9Sources