EN

Harri Keyn səsvermədə "nəhs" yeri tutub

"Bavariya"nın hücumçusu Harri Keyn “Qızıl top” səsverməsində 13-cü olub.

İdman.biz xəbər verir ki, bu barədə illik mükafatların rəsmi sosial media kanallarında məlumat verilib.

14-cü yerdə PSJ-də Dezire Due qərarlaşıb.

Xatırladaq ki, “Arsenal”in oyunçusu Viktor Dyökereş 15-ci, "Real Madrid"dən Vinisius 16-cı, "Barselona"dan Robert Levandovski isə 17-ci olublar.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland sözügedən səsvermədə 26-cı olub.

Mükafatlandırma mərasimi bu gün, sentyabrın 22-də Parisdəki “Téâtre du Châtelet”də baş tutacaq. “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2024-cü ilin “Qızıl top”un qalibi seçilib.

İdman.biz

Chosen
13
1
idman.biz

4Sources