EN

“Gələcək qurucular azad edilmiş ərazilərdə psixoloqlar üçün peşəkar inkişaf” layihəsi uğurla yekunlaşıb FOTOLAR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gələcək qurucular – azad edilmiş ərazilərdə psixoloqlar üçün peşəkar inkişaf” layihəsi başa çatıb. Layihə Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində icra olunub.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi Qarabağ bölgəsində psixoloji xidmətlərin keyfiyyətinin artırılması, bu sahədə insan resurslarının peşəkar inkişafının dəstəklənməsi və azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək psixoloqların müasir bilik və bacarıqlarla təmin olunması olub. Bu məqsədlə Qarabağ Universitetinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri layihəyə cəlb edilib.

Proqram çərçivəsində tələbələr üçün interaktiv təlimlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər, eləcə də psixoloji müdaxilə bacarıqlarını inkişaf etdirən simulyativ dərslər təşkil olunub.

Layihənin davamlılığını təmin etmək məqsədilə iştirakçıların əldə etdikləri bilik və bacarıqları real mühitdə tətbiq etmələri üçün regional psixoloji dəstək təşəbbüslərinə cəlb olunmaları planlaşdırılır. 

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
4
cebheinfo.az

5Sources