Bağırsaq xərçəngi olan pasiyentlərdə əməliyyatdan sonra gündəlik az dozada aspirin qəbulu xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldır.
Araşdırmada İsveç, Norveç, Danimarka və Finlandiyadan olan 3500-dən çox pasiyent iştirak edib. Həkimlərin müəyyən genetik mutasiyalar aşkarladığı pasiyentlər üç il ərzində hər gün 160 milliqram aspirin qəbul ediblər. Nəticədə şişin geri qayıtma riski 50 faizdən çox azalıb.
“Bu, klinik praktikaya dəyişiklik gətirə bilər”, - araşdırmanın rəhbəri, Stokholmdakı Karolinska İnstitutunun professoru Anna Martlinq bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən iki milyon bağırsaq xərçəngi hadisəsi qeydə alınır və xəstəlik getdikcə daha çox 50 yaşdan aşağı insanları təsirləndirir.//Lent.az